Müsəlmanlar

Dəstəmazda ayaqların yuyulması, yoxsa məsh edilməsi fərzdir?

Sual: Maidə surəsinin 6-cı ayəsinə görə dəstəmazda ayaqların yuyulması və ya məsh edilməsi haqda qısa bir izahat verə bilərsinizmi?

Cavab: Maidə surəsinin 6-cı ayəsinə ayaqların yuyulması mənasını vermək mümkün deyildir. Peyğəmbərimiz ayaqlarını Maidə 6-cı ayə nazil olana qədər yumuşdu. Çünki əhli kitaba verilən əmr və Maidə surəsinin 6-cı ayəsi nazil olana qədər olan qayda bu şəkildə idi. Ayədə ayaqları yuma şərtinin qaldırılması da bu ayənin davamında izah edilməkdədir:

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və (topuq üstündəki) iki çıxıntıya qədər ayaqlarınıza da həmçinin. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”

Ayənin sonunda ifadə edilən “O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz.”- cümləsi, “əvvəl sizdə olmayan bir şeyi sizə bəxş etmək”– deməkdir. Qurani-Kərim, müsəlmanlara son dində bir çox rahatlıqlar və yeniliklər gətirmişdir ki, bunlardan biri də ayaqların yuyulması şərtinin qaldırılmasıdır. Bu ayə nazil olduqdan sonra peyğəmbərimiz ayaqlarını həm çılpaq ayaq üzərindən həm də məsh üzərindən məsh etmişdir. Bilavasitə dəstamazda iki üzvün yuyulması (əllər və üz), iki üzvün də məsh edilməsi (baş və ayaqlar) fərz edilmişdir.

Daha sonrakı dövrdə bir çox siyasətçilər və müfəssirlər bu ayədə ifadə edilən “ayaqlarınızı da məsh edin”- kəliməsinə “yuyun”- mənasını vermək üçün hər cür yola baş vurmuşlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6085.html

Corabın üstündən məsh çəkmək olar?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []