Sual: Ölmüş Allah dostlarının, yaşayan insanlara yuxuda təlim keçdiklərini deyirlər. Bu iddialarına Zümər surəsinin 42-ci ayəsini dəlil gətirirlər. Sizcə bu nə dərəcədə doğrudur?
Cavab: İnsanlardan bir çoxu ağıllarına gələn hər hansı bir fikrə Qurandakı ayələrdən dəlil gətirmək üçün “عِوَجً” “ivəc”[1] yoluna baş vururlar. Yəni, oxşarlıqlardan yola çıxaraq əyrini düz göstərməyə çalışırlar. İslamdan əvvəlki din xadimləri də bu yola baş vurmuşdular. Məsələn, ruhla əlaqədar deyilənlər: Ruhlar ölmür. Ölmürsə bizə kömək edir, yuxuda bir şeylər öyrədir, cihada qatılır, məktəblər açır, orada iştirak edir, və s. Halbuki, Allah Təala Qurani-Kərimdə belə buyurur:
“Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin ruhunu tutub saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.” (Zümər 39/42)
Allah ayədə “ruhu tutub saxlayır”- deyir. Siz necə gətirirsiniz? Hətta təriqətçilər, şeyxləri öldüyü zaman əsl təsirini göstərməyə başlayır və “ruhu qınından çıxmış qılınc kimi olur”- deyirlər.
Təəssüf ki, insanlar ən çox dinləri istismar edilərək yoldan çıxarılırlar.
Suala cavab verdi: Abdüləziz Bayındır.[2]
Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/6158.html
http://www.muselmanlar.com/fitvalar/5210.html
https://www.youtube.com/watch?v=aw5bZxcl0Ag&feature=youtu.be
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.