Müsəlmanlar

Ticarət mallarında əldə edilən karın bir həddi varmı?

Sual: Ticarət mallarında əldə edilən karın bir həddi varmı? Varsa nə qədər olmalıdır?

Cavab: Əldə edilən kar da zərər də bazarın şərtlərinə görə olur. Bunu “ərz”“tələb”[1] müəyyən edər. Yəni, “təklif” “tələb” bir birinə nisbətən dəyişəndə (satılan malın miqdarı və alınan malın miqdarı arasında) əmələ gələn müvazinət, qiyməti təyin edir. Məsələn, Müştəri gəlməzsə, yəni, “tələb” olmazsa satıcı əlindəki malı zərərinə də satmağa razı olur. Bilavasitə, bir malın qiyməti ona olan tələbatdan asılıdr.

Bir gün Rəsulullah əleyhisəlama gəlib deyirlər ki, “ey Allahın rəsulu! Qiymətlər bahalandı. Bir qayda qoy yəni, qiymətləri bir həddə bağla! Rəsulullah deyir ki, artıran, azaldan Allah Təaladır. Mən Allahın hüzuruna hər hansı birinizin haqqı boynumda getmək istəmirəm.”

Hədisdə “artıran, azaldan Allahdır”- ifadəsi, yəni, bazarı öz qanunları daxilində buraxmaq lazımdır, deməkdir. Çünki, tələb və təklifin əslini, bazar qanunlarını yaradan Allah olduğu üçün, qiymətlər o qanunlara görə artır və azalır.

Qiymətlərin hər hansı bir ölkədə artması, azad bazarda istehlakçıları və istehsalçıları hərəkətə keçirir. Məsələn, buğdanın artması o ölkədəki əkinçiləri buğda əkməyə ya da xaricdəki istehlakçıları o ölkəyə buğda gətirməyə sövq edir. Əgər bu ölkədə buğdaya qiymət həddi qoyulsaydı, o ölkənin əkinçiləri ya da xaricdəki istehlakçıları o ölkə üçün buğda təmin edərlərmi?

Bu səbəblə kar, qiymət həddi deyə bir şey olmaz. Lazım olan azad bazar iqtisadiyatıdır. Bu səbəblə rəsulullah əleyhissəlam, bazara heç bir zaman müdaxilə etməmişdir. Təəssüf ki, dövrümüzdə bazar, kapitalist iqtisadiyatçılarının, baronların əlində əsir vəziyyətdədir. Müsəlmanlar bu istismarçı və faizli sistemi kökündən dəyişdirmək məcburiyyətindədirlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:

Qazancın halallığı üçün nəyə fikir vermək lazımdır?

http://www.muselmanlar.com/fitvalar/5135.html

Ticarətlə məşğul olmaq, nağd pul və kredit məsələləri

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir.

[2] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []