Sual: Bir çox günah və küfr işləri, sahibi tərəfindən bilə-bilə işlənir. Amma bir də bunlar, insanların səhv təlim görməsindən, cəhaləti səbəbindən də qaynaqlana bilər. Ancaq siz elə bil, hamı hər şeyi bilir və bilə-bilə inkar edir kimi qiymətləndirirsiniz. Bu barədə nə deyə bilərsiniz?
Cavab: Bəqərə surəsinin 78-ci ayəsində Allah Təala belə buyurur: “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar.”
Hər kəsin Allahın kitabını öyrənmək və ona görə yaşamaq vəzifəsi vardır. Yuxarıdakı ayədə isə, hər hansı səbəbdən Allahın kitabından xəbərləri olmayan, din xadimləri tərəfindən qandırılan insanlar nəzərdə tutulur. Bunlar bir çox şeyləri doğru olduğuna inanaraq yerinə yetirirlər. Eyni zamanda doğru dində və yolda olduqlarını zənn edirlər. Bu ayədə bilməyənlərə bir şey deyilmədi və onlar haqqında hökmü Allah özü verəcəkdir. Əsas həlaka düçar olanlar isə sonrakı ayədə bildirilənlərdir:
“Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda mənfəət əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” (Bəqərə 2/79).
Ayədə də ifadə edildiyi üzərə, öz əlləri ilə kitab yazıb, sonra da bu Allah qatındandır deyənlər təhdid edilməkdədir. Belələri Allahı da şərləyərək, “O belə əmr etmişdir”, “doğru din budur”- deyərək, insanları yoldan çıxardırlar. Allah, əsl əzaba düçar olanların bunlar olduğunu yəni, günahı bilə-bilə işləyənlər olduğunu ifadə etməkdədir.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/6163.html
http://www.muselmanlar.com/fitvalar/6152.html
http://www.muselmanlar.com/fitvalar/4189.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.