Sual: Yalan danışmağın pis bir şey olduğunu vəhy ayələrinin xaricində hansı təbiət ayələrindən başa düşə bilərik?
Cavab: Yalan danışmağın pis olduğunu əvvəlcə sizin fitrətiniz müəyyən edir. Yaxşı bir iş gördüyünüz zaman nə qədər əhval-ruhiyyəniz yüksəlirsə, pis bir iş gördüyünüz zaman, yalan danışdığınız zaman da psixoloji rahatsızlığınız o qədər yüksəlmiş olur. Bunlar insan fitrətinə yaradılışından etibarən verilən xüsusiyyətlərdir. Hər hansı cəmiyyət ya da insanın özü, fitrətində olan bu dəyərləri tədricən dəyişə bilir. Bundan sonra artıq bu dəyərlərin onlarda heç bir təsiri qalmır və pis-yaxşı ancaq özlərinə görə müəyyən edilir.
Bu səbəblə fitrəti pozulmamış insan, həm öz vücudunda həm də Allahın yaratdığı ayələrdə, pisin və yaxşının nə olduğunu hər zaman görür. Biz də bu ayələrlə doğru münasibət qurduğumuz zaman təslimiyyətimizi yəni, müsəlmanlığımızı ortaya qoymuş oluruq. Necə ki, digər bütün varlıqlar özlərinə verilən fünksiyaları layiqincə yerinə yetirib, təslimiyyətlərini ortaya qoyduqları kimi…
Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.