Sual: Nur surəsinin 33-cü ayəsinə “…Əgər cariyələriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin…”- deyə məna verirlər. Buna münasibətiniz nədir?
Cavab: Allahın kitabı xaricində, bütün məzhəblər cariyəlik, quldarlıq mövzusunda ittifaq ediblər və bu ayədəki gənc qızlarla əlaqədar olan “فَتَيَاتِكُم =qızlarınız” – kəliməsini “cariyə”- deyə tərcümə ediblər. Bundan sonra da belə bir fətva çıxarıb deyirlər ki, “Cariyələrinizi fani dünya malı qazanmaq üçün zinaya məcbur etməyin, əgər könüllü bu işə təşəbbüs edərlərsə, onda problem yoxdur, pul qazana bilərsiniz. Qadağan edilən, məcburiyyətdir”- deyirlər.
Mövzuyla əlaqədar ayə belədir: “…وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا…”
Bu ayədə ifadə edilən, “subay qızlarınızı ərə getmək istəyirlərsə, istədiklərinə verin. Fani dünya malı üçün onların ərə getməklərinə mane olmayın ya da öz istədiyinizə verməklə üsyana məcbur etməyin” – deməkdir. Ayənin sonrasında da “…Kim onları məcbur etsə, (bilsin ki), onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və Rəhm edər.”- buyurulmaqdadır.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna oxşar suallara verdiyimiz cavablarla tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/847.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.