Müsəlmanlar

Vergi miqdarı çox olduğu təqdirdə nə etməliyik?

Sual: Vergi miqdarı çox olduğu təqdirdə, ondan qeyri-leqal yollarla yayınmaq olarmı?

Cavab: Çox şeylərdə olduğu kimi, avropadan gələn sistemlər də başdan-ayağa xətalarla doludur. Bu kapitalist sistemlər ancaq varlılara xidmət edir. Kapitalist sistem, tədrici olaraq istehsal xidmətçilərini azaldır və onları özünə qul edir. İslami sistemdə isə, Allahdan başqa heç kimə qul olmama şərti olduğu üçün, hər kəsin iqtisadiyyatda payı təmin edilir. Məsələn, zəkat, sədəqə, əldə etdiyin bəzi vasitələrin vergisi kimi şeylər, cəmiyətdəki tarazlığı nisbətən təmin edən vasitələrdir. İşlətdiyiniz suyun, işığın, qazın vergisini verməlisiniz. Verilən xidmətin qarşılığı ödənməlidir. Qazanc gətirməyən şeylərdən isə vergi alınmaz. Ancaq kapitalist sistemdə bunlardan da vergi alınır. İslamda vergi varlılardan alınıb kasıblara verildiyi halda, kapitalist sistemlərdə kasıblardan alınıb varlılara verilir. Eyni zamanda sistemin ən varlı idarəçiləri həm özləri vergi verməz həm də xalqı vergi altında əzirlər. Bu səbəblə xalqın böhranları heç vaxt bitmir. Sistem tamamilə özlərinə xidmət edir. Əleyhlərinə olanları, hətta bütün xalqı ya da hər hansı bir hakimiyyəti çox rahat susdurmağa, susmadığı tədirdə yox etməyə qadirdirlər. Televiziya, qəzet, bütün informasiya və güc onların əlindədir. Bilavasitə insanlar bu kapitalist sistem sayəsində çox az bir qrup tərəfindən idarə edilir. Çünki insanların ehtiyacı olan şeyləri onlar mənimsəyiblər.

Nəticə olaraq, sistem kökündən əyri olduğu üçün və vergisiz də iqtisadi böhran yarana biləcəyi üçün biz ancaq idarəçilərinə, xalqı adil və insaflı qaydada vergiyə tabe tutmalarını tövsiyə edə bilərik.

Suala cavab verdi: Prof. Abdüləziz Bayındır.[1]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []