Sual: Biz öz müştərimizə sənəd müqabilində, yaxud da açıq hesab formasında satışımızdan irəli gələn və ödənməyən alacaqlarımızı zəkatımıza sayıb borclulara bağışlaya bilərik?
Cavab: Bəli, bağışlaya bilərsiniz. Allah Təala Qurani-Kərimdə belə buyurur:
Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə qədər möhlət verin! Borcu ona bağışlamağınız (وان تصدقوا = sədəqəyə və ya zəkata saymağınız) sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz (Bəqərə, 2/280).
Ayədəki söz sədəqə kökündən əmələ gəlib. Allah da zəkatın verilməli olduğu təbəqələrin bildirildiyi ayədə eyni kökdən törəyən oxşar bir söz işlədib. Həmin ayə belədir:
Zəkatlar (انما الصدقات) Allahdan bir fərz (vacib) olaraq fəqirlərə, miskinlərə, onu yığan məmurlara, ürəkləri İslama qızdırılanlara verilir. Qullar, borclular, Allah yolunda olanlar və yolda qalanlar üçün sərf edilir (xərclənir). Allah biləndir; doğru və yerində qərar verəndir (Tövbə, 9/60).
Yuxarıdakı ayələr bir-biri ilə müqayisə edilib qiymətləndirildikdə başa düşmək olur ki, borclar zəkat kimi borclulara bağışlana bilər.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.