Müsəlmanlar

Namazdan sonra təsbeh çəkmənin hökmü nədir?

Sual: Namazdan sonra təsbeh çəkmənin hökmü nədir?

Cavab: Təsbeh- “Allahı ucaltmaq, Onun əmrində olmaq”– deməkdir. Namaz da fərz olan bir təsbehdir. Namazdan sonra çəkilən təsbeh də savabdır. “Sübhanəllah”, “Əlhamdülilləh”, “Allahu Əkbər”– demək gözəldir. Ancaq bunu bir qaydaya, saya bağlamaq doğru deyil. Belə olanda təsbeh çəkən onun mənasına deyil, qaydasına, sayına diqqət edər. Bu da işin mahiyyətini, mənasını itirir. Təsbeh təkcə namazdan sonra deyil, uyğun olan hər yerdə çəkilə bilir. Bu onun Allaha bağlılığının, sevgisinin təzahürüdür.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar suallara verdiyimiz cavablarla tanış olmaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/537.html

http://www.muselmanlar.com/fitvalar/2060.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []