Müsəlmanlar
Həzrəti Muhəmmədi “əfəndimiz” adlandırmaqda bir eyib var?

Həzrəti Muhəmmədi “əfəndimiz” adlandırmaqda bir eyib var?

Sual: Mən vaxtilə sizdən həzrəti Muhəmməd barədə “əfəndimiz” ifadəsini işlətməklə əlaqədar bir sual soruşmuşdum. Siz də bunun münasib olmadığını qeyd etmişdiniz. Lakin biz Qurana baxdıqda görürük ki, Allah Yəhya peyğəmbər haqqında seyyid (ağa, cənab) sözünü (Ali-İmran, 39) işlədib. Bu sözü Yusif peyğəmbərin sahibi (ağa) barədə də işlədilib (Yusuf, 25). Sözüm budur ki, Allah bu sözü Quranda başqaları haqda işlədib. Belə olan halda, həzrəti Muhəmməd barədə də bu sözü işlətmək olmazmı?

Cavab: Hər şeydən əvvəl qeyd edim ki, siz Qurana əsasən gözəl bir məntiq yürütmüsünüz.

Əvvəlki sualınıza cavabla bir daha və yaxından tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3260.html

Quranda belə ayələr əlbəttə ki, var. Lakin burada çox mühüm bir məqam da var. Çünki bizdə bu söz düzgün işlədilmir. Rəbb mənasında işlədilir. Misal üçün, həzrəti Muhəmməd barədə tez-tez “kainatın əfəndisi” deyilir. Kainatın sahibi isə ancaq və ancaq Allahdır.

Bizim cəmiyyətimizdə təəssüf ki, dini don geyindirilən, din adından uydurulan çox şey var. Bizim “Qurana əsasən təriqətçiliyə baxış” adlı əsərimiz bu yaxınlarda 8-ci dəfə nəşr olunacaq. Ona da baxmağınızı tövsiyə edirik.

Mən o kitabı növbəti nəşr üçün təzədən işlədim. Orada təriqətlərdə təriqət şeyxlərinə elə sözlər deyilir ki, insan heyrətlənir. Əgər o sözlər mənə deyilsəydi, mən havalanardım.

Bu elə bir təşkilatlanmadır ki! Nəinki həzrəti Muhəmmədə, hətta hər biri özlərinə Tanrı deyirlər, dedirdirlər. Tanrılığı da əllərindən buraxmaq istəmirlər. Özlərini ilahlaşdırır və onları ilahlaşdıranlara da göz yumurlar!

Nə demək olar, onlarla axirətdə – o biri dünyada görüşərik!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.