Müsəlmanlar

Qeyri-müsəlmanlarla şərikli bizneslə məşğul olmaq olar?

Sual: Müsəlman olmayan şəxslərlə ticarət-biznes şərikliyi qurmaq olar?

Cavab: Ticarətlə məşğul olduqda insanların dini mənsubiyyətinin heç bir əhəmiyyəti yoxdur. Odur ki, müsəlman olmayanlarla da ticarət əlaqəsi qurmaq olar. Bu məsələdə əsas məsələ sizin nə iş gördüyünüzdür.

Bəzən bəzi adamlar: “Biz kimdən mal alaq? Filan adamın hərəkətləri bu cürdür, filankəs filan işi də görür” və sairə kimi suallar soruşurlar.

Cavab budur: Kimdən alırsansa, al. Sənin nə aldığın, nə satdığın vacibdir. Əsas budur. Mal aldığın şəxs nə iş görürsə, görsün. Sən buna fikir vermə. Əks təqdirdə, həyatda heç bir iş görə bilməzsən.

Bu məsələ insanları çətinliyə salır. Bəziləri deyirlər ki, filan yerdən nəsə almayın. Əlbəttə, sən orada nəsə almaya bilərsən. Lakin aldığın vaxt səni həmin adamın nə satdığı deyil, sənin nə aldığın maraqlandırmalıdır. O adam kafirmi, müsəlmanmı? Səni bunlar deyil, nə alıb satdığın maraqlandırmalıdır. Əgər sən o adamla düzgün bir iş görürsənsə, hesab-kitab məsələsinə diqqət yetir. Vəssalam.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar videomaterialla burada tanış ola bilərsiniz:

http://www.fetva.net/goruntulu-fetvalar/gayrimuslimlerle-ortak-ticaret-yapilir-mi.html

Zəhmət olmasa, yuxarıdakı sual və cavabda qeyd edilən mühüm məqamlarla əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/1123.html

http://www.muselmanlar.com/fitvalar/1979.html

http://www.muselmanlar.com/fitvalar/4593.html

http://www.muselmanlar.com/fitvalar/5384.html

http://www.muselmanlar.com/fitvalar/4116.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.