Sual: Quranda bir çox ayədə “aləm” və “aləmin” sözü qeyd olunur. Onu nə cür başa düşməliyik?
Cavab: Bu sözü kontekstə əsasən anlamaq lazımdır. Misal üçün, Qurandakı “rəbbu-l-aləmin” ifadəsi aləmlərin Rəbbi, bütün varlıqların sahibi deməkdir.
“Allah sizi aləmlərə üstün etdi” ayəsində isə bəşəriyyət nəzərdə tutulur. Odur ki, bu sözü yuxarıda da qeyd etdiyim kimi, öz kontekstinə əsasən başa düşmək lazımdır.
Allahın bizi aləmlərə üstün etməyi əslində belə deməkdir:
Allah bizə bu kitabı – Quranı verərək üstün edib. Əgər biz bu kitabın hökmlərinə tabe olmasaq, heç bir üstünlüyümüz qalmaz. Quran kitabı bizim əlimizdədir. Elə isə hər şeydən qabaq ona tabe olmalıyıq, onu bütün bəşəriyyətə biz təbliğ etməliyik.
Əgər bu kitaba tabe olmasaq, aləmlərə üstün olmuruq, əksinə, səfil hala düşürük.
Nəticə olaraq, Qurandakı aləm sözünü işlədildiyi kontekstə əsasən, yəni, hansı şərtlər daxilində işlədildiyindən asılı olaraq başa düşmək lazımdır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
http://www.muselmanlar.com/fitvalar/quran
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.