Müsəlmanlar

Xaricdə yaşayanlar vətənə gəldikdə səfəri hesab olunurlar?

Sual: Mən Hollandiyada yaşayıram. Hər yay 6 həftəlik müddətə vətənə ziyarətə gəlirəm. Qohum-əqrəba və dost-tanışa baş çəkirəm. Bu halda mən səfəri hesab olunuram? Belə bir vəziyyətdə namazlarımı qısaldıb səfəri formada - 2 rükət qılmalıyam, yoxsa tam formada – 4 rükət?

Cavab: Əgər vətənə gəldiyiniz vaxt həmişə eyni yerdə qalırsınızsa, namazları tam qılmalısınız.

Sualınızda belə məlum olur ki, gəldiyiniz vaxt eyni yerdə qalmırsınız, müxtəlif yerlərə gedirsiniz. Qohum-əqrəba ziyarətində 1 gün filan yerdə, 2 gün başqa bir yerdə qalırsınız.

Tutalım ki, siz bir kəndə gedib bir neçə gün orada qaldınız. Sonra qonşu kəndə gedib orada da bir neçə gün qaldınız. Bir kənddən (qəsəbə, şəhər və sairə) başqa bir kəndə keçdikdə əvvəlki kənddə qalınan müddət sıfırlanır. O biri kəndə keçdikdə müddət təzədən hesablanır.

Bir sözlə, xaricdən gələnlər uzun müddət eyni yerdə qalmırlar. Əgər qalsalar, namazları tam, qalmasalar, səfəri formada qılmalıdırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.