Müsəlmanlar
Qız uşağına Əflal adı qoymaq olar?

Qız uşağına Əflal adı qoymaq olar?

Sual: Əflal sözünün mənası nədir? Qız uşaqlarına belə bir ad qoymaq olar? Bunda dini cəhətdən bir eyib varmı?

Cavab: Əflal (افلال) sözü Ərəb dili lüğətlərində “quraq, bitkisiz yer”“məğlubiyyətə uğrayan” mənaları daşıyan əl-fəll (الفل) sözünün cəm forması kimi qeyd olunur. Bu məlumata əsasən demək olar ki, əflal sözü quraq və bitkisiz yer, eləcə də, məğlubiyyətə düçar olanlar kimi mənalar verir.

Bu məlumatlardan da məlum olduğu kimi, uşağa belə bir ad qoymaq münasib deyil.

Odur ki, bunun əvəzinə milli mədəniyyət, adət-ənənə və dinimizə müvafiq bir ad seçməyinizi məsləhət görürük.

Uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.