Müsəlmanlar
Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur?

Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur?

Sual: Hər şeyi yaradan Allahdır; xeyri də şərri də. Onda xeyrin də şərrin də mənbəyi Allahdır?

Cavab: Əlbəttə; xeyri də şərri də yaradan Allahdır. Lakin Allah şərri deyil, xeyri tövsiyə edər. Bunlardan birini həyata keçirən isə bizik. Əlbəttə xeyr də şər də olacaq ki, imtahan olsun. İnsanlar bu iki məfhumu dəyərləndirmədə xəta edə bilərlər. Bəzi şeyləri özlərinə xeyirli, bəzilərini isə şər zənn edərlər. İşin əsli isə tam əksinə də ola bilər. Bunun üçün Allah Təala belə buyurur: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə 2/216)

Çətinliklər, əziyətlər, itkilər bizi yetişdirən şeylərdir. Var-dövlət, vəzifə, şöhrət bunlar da bizə xoş görülən şeylərdir. Ancaq bunların hamısı nisbidir; bizi abad da edər, həlak da. Bu səbəblə bütün bunlara birtərəfli baxmamaq lazımdır. Hər kəs bir şeylə sınağa çəkilir və hər bir kəs xeyrin, şərrin süzgəcindən keçirilir. Əsl olan bunlara qarşı verdiyimiz reaksiyadır.  Allah qatında xeyr də şər də insanın verdiyi bu reaksiyayla ölçülür. Bu səbəblə Allah Təala Ənbiya surəsi 35-ci ayədə: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!”– buyurmaqdadır.

Suala cavab verdi: Professor Əbdüləziz Bayındır.[1]

Buna bənzər məlumatlar üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/5828.html

http://www.muselmanlar.com/fitvalar/5139.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []