Müsəlmanlar

Kiçik günahlardan uzaq durmayanlar Cəhənnəmə daxil olacaqlar?

Sual: Quranın Nisa surəsinin 31-ci ayəsində: “Sizə qoyulan qadağaların böyüklərindən uzaq dursanız, eyiblərinizi örtər və sizi şərəfli bir yerə yerləşdirərik”, - deyilir. Bu ayədəki böyük günahlardan çəkinmək şərti kiçik günahların üstünü vurmamağın şərtidir, yoxsa Cənnətə girməyin?

Cavab: Hər ikisi də nəzərdə tutulur. Allah Təala burada deyir ki, əgər siz böyük günahlardan uzaq dursanız, Biz sizin kiçik eyiblərinizi görməz və sizi yaxşı bir yerə yerləşdirərik. Ancaq əgər böyük günahlardan uzaq durmasanız, sizin kiçik qüsur və günahlarınız da görülər, onlar da qeyd edilər, haqq-hesabda nəzərə alınar.

Qurana əsasən şirk (Allaha şərik qoşmaq), zina etmək, qəsdən adam öldümrək kimi günahlar tövbə edilmədiyi təqdirdə əbədi olaraq Cəhənnəmdə qalmaqla cəzalandırılır. Bunların xaricində də günahlar – Allahın qoyduğu qadağalar var. Amma bunlar elə günahlardır ki, onların ardınca böyük fitnə-fəsad gözlənilmir.

Faiz də cəzası Cəhənnəm olan böyük günahlardandır. Allah Təala deyir ki, əgər siz həmin böyük günahları törətməsəniz, Mən sizin kiçik qüsurlarınıza göz yumaram. Beləcə, sizi birbaşa Cənnətlə mükafatlandıraram.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.