Müsəlmanlar

Faizdən tövbə edən şəxsin o vaxtadək aldığı faizlər necə olacaq?

Sual: Tutalım ki, bir nəfər indiyədək aldığı faizlərdən tövbə edib. Peşman olub. O vaxta qədər aldığı faizlər necə olacaq?

Cavab: Əslində bu sualın cavabını Quranda axtarmaq lazımdır. Allah Təala Bəqərə surəsinin 275-ci ayəsində belə buyurmuşdur:

“Faiz yeyənlər, şeytanın arxasınca düşüb ağlını aldığı şəxsin davranışından fərqli davranmırlar. Bu onların: “Alış-veriş də eynilə faiz kimidir”, – demələri üzündəndir. Halbuki, Allah alış-verişi halal, faiz almağı isə haram buyurmuşdur. Hər kəs Rəbbindən gələn bir nəsihətlə faiz almağı kəssə [bu işə son versə, bir də faiz almasa], keçmişdə olanlar onundur. Onun işi Allaha aiddir. Faiz almağa davam edənlər isə o atəşin dostudurlar [cəhənnəmlikdirlər] və həmişəlik orada qalacaqlar!”

Ayədən də məlum olduğu kimi, faiz günahından tövbə edən şəxsin işi Allaha aiddir. O, artıq yeni bir səhifə açmış olur. Əgər tövbəsində səmimi olsa və eyni günaha bir daha qayıtmasa, Allah onu bağışlayar.

Burada əslində insanları günahlardan tövbə etməyə ciddi surətdə həvəsləndirən bir məqam da var.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.