Müsəlmanlar
Faizi leqallaşdıranlara qarşı nə cür rəftar etmək lazımdır?

Faizi leqallaşdıranlara qarşı nə cür rəftar etmək lazımdır?

Sual: Məlumdur ki, qətiyyən faizə batmaq olmaz. Belə olduğu halda ölkəni idarə edənlərin faizi leqallaşdırmağı nə dərəcədə düzgündür? Bunun hökmü nədir? Dində belə edənlərə dəstək olmağa necə baxılır?

Cavab: Kim olursa, olsun, onları həmişə xəbərdar etmək lazımdır.

Təkcə Türkiyə deyil, bütün İslam dünyası (əgər buna İslam dünyası demək mümkündürsə!) Allahın qadağan etdiyi nə varsa, onu necə deyərlər, başının tacı edib. Allahın əmr etdiyi nə varsa, ondan da üz döndərib.

Təkcə faiz məsələsində deyil, bütün məsələlərdə müsəlmanlar çox pis vəziyyətdədirlər. Əfsuslar olsun!

Təəssüf ki, son dövrlərə qədər, misal üçün, 2005-ci ilədək faiz məsələsi yox idi. Yəni, Türkiyədə 2005-ci ilə qədər maliyyə-finans təşkilatlarının faizli əməliyyatlar aparmağı qadağan idi. 2005-ci ildə isə yeni bir qanun çıxdı. Beləcə, bu qurumlar əgər istəsələr, 100 % faiz alıb verə bilmək səlahiyyətinə malik oldular.

Biz vaxtilə həmin qanunun qüvvəyə minməməsi üçün çox cidd-cəhd etdik, amma təəssüflər olsun ki, bir şeyə nail ola bilmədik. Qanun yenə çıxdı.

Bir sözlə, müsəlman olmaq asan şeydir. Müsəlman qalmaq isə çətin.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.