Sual: Mən bir iştirak bankından qazanc payı ilə pul götürmək istəyirəm. Görəsən, götürmək istədiyim bu pulda faiz var? Haramdır, yoxsa yox?
Cavab: İştirak banklarından pul götürməyə kredit götürmək deyilir. Başqa cür desək, bu, iştirak bankından müəyyən məbləğdə pul götürüb, ödəniş vaxtı gəldikdə həmin məbləği və artığını ödəmək deməkdir.
Əgər qeyd etdiyiniz iştirak bankı kredit verirsə (misal üçün, 1000 manat verib 3 aydan sonra 1100 manat alırsa), bu, faizdir.
Qeyd edilməlidir ki, həmin qurumlar əvvəllər belə bir əməliyyat apara bilmirdilər. Lakin bankların fəaliyyətləri ilə əlaqədar axırıncı qanuna əsasən iştirak bankları da digər banklar kimi kredit (faizli borc) verməyə başladılar.
Bir sözlə, sualınızda qeyd etdiyiniz məsələdə faizli borc deyilən bir şey var. Ona görə də həmin pulun o iştirak bankından götürülməsi dini cəhətdən məqbul (caiz) deyil.
QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.