Müsəlmanlar
Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır?

Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır?

Sual: Tutalım ki, bir nəfər Qurana zidd danışır və ya hərəkət edir. Biz həmin şəxsə müdaxilə etməliyik, yoxsa yox?

Cavab: Əlbəttə. Əgər bunun üçün imkan varsa, onlarla danışmaq lazımdır.  Quranda deyilir:

Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver!” (Əla, 87/9)

Bəzi insanlar dialoqa qapalı olurlar. Siz nə qədər danışırsınızsa, danışın, qaçıb gedirlər, söhbətdən yayınırlar. Elə isə tərəf-müqabil qulaq asmalıdır ki, ona nəsə izah etmək mümkün olsun. Bir sözlə, bunun üçün münasib mühit formalaşmalıdır.

Başqa bir Quran ayəsində bununla əlaqədar olaraq deyilir:

Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa, 4/140)

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.