Sual: İmtahanda uğur qazanmaq üçün hansı duaları oxumaq lazımdır?
Cavab: İmtahanda müvəffəq olmaq üçün dua yox, çoxlu kitab oxumaq lazımdır.
İmtahanda müvəffəq olmaq istəyən şəxs hər şeydən əvvəl lazımi işləri görməlidir. İmtahana yaxşı-yaxşı və tam şəkildə hazırlaşmalıdır. Sonra isə: “Allahım, mən öz öhdəmə düşən nədirsə, onu yerinə yetirdim. Məni bu imtahanda müvəffəq et!”, – deməlidir.
Yatıb qala-qala: “Ey Rəbbim, elə et ki, imtahanı keçim”, – demək olmaz. Quranın Bəqərə surəsinin 200-202-ci ayələrində deyilir:
“İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.
Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır.
Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.”
Bəzi insanlar universitetə qəbul imtahanlarından qabaq türbələrə, pir və ziyarətgahlara gedib dilək filan tuturlar, nəzir deyirlər. Bunların imtahanda müvəffəq olmağa dəxli yoxdur. Nahaq yerə gedirlər. İmtahanı keçmək üçün zəhmət çəkmək, işləmək lazımdır. Məhz bundan sonra Allaha təvəkkül etmək olar. Əvvəlcə əzm və zəhmət, sonra təvəkkül. Necə deyərlər, işləməyən dişləməz.
Əlbəttə, dua da etmək lazımdır. Amma burada ilk şərt çalışıb əlləşməkdir, zəhmət çəkməkdir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.