Sual: “Vətən sevgisi imandandır” sözü hədisdir? Əgər hədisdirsə, səhihdir?
Cavab: “Vətən sevgisi imandandır” rəvayəti Əliyyul-Qarinin əl-Əsrarul-Mərfua adlı əsərində qeyd edilib. O, bu rəvayət haqqında Zərkəşinin: “Bu rəvayətə vaqif ola bilmədim”, Səfəvinin: “Bu rəvayət sabit deyildir” və Səxavinin: “Bu rəvayətə vaqif ola bilmədim; lakin mənası səhihdir” kimi şərhlərinə yer verib. Əliyyul-Qari həmçinin bu rəvayətin sələfə/keçmişdəkilərə aid sözlər olduğunun deyildiyini də ifadə edib.
Lakin Əliyyul-Qari Səxavinin: “Bu rəvayətin mənası səhihdir” sözünü rədd edib və belə deyib:
“Bu rəvayətin mənası səhihdir” sözü maraqlıdır! Çünki iman ilə vətən sevgisi arasında bir əlaqə yoxdur.”
Bununla yanaşı, o, rəvayətdə qeyd edilən vətən sevgisinin sadəcə möminlərə xas bir hal olmağı halında qəbul edilə biləcəyini, yalnız bunun qeyri-müsəlmanlar üçün heç vaxt bir iman əlaməti olmayacağını bildirib. O, həmçinin hədisdə qeyd edilən “vətən” sözü ilə “Cənnət”, “Məkkə” və ya “Allaha dönüş”ün nəzərdə tutulmuş ola biləcəyini də qeyd edib. ((Baxın: Əliyyul-Qari, əl-Əsrarul-Mərfua, səhifə nömrə 189-191, hədis nömrə 164.))
Əcluni də Kəşful-Xəfa adlı əsərində bu rəvayətə yer verib və: “Sağaninin bu rəvayət üçün uydurma, Səxavinin isə (bu rəvayətə) vaqif ola bilmədim, amma rəvayətin mənası səhihdir”, – dediyini qeyd edib. ((Baxın: Əcluni, Kəşful-Xəfa, səhifə nömrə 346-347, hədis nömrə, 1102.))
Əliyyul-Karinin əl-Əsrarul-Mərufa adlı əsərini təhqiq edən Muhəmməd Lütfü əs-Səbbağ isə bu rəvayət haqqında bu fikirləri qeyd edib:
“Bu hədis səhih deyil, uydurmadır. Bu günün şərtləri və hadisələri daxilində hədis deyə təqdim edilən ifadənin mətninə baxsaq, bunun uydurma və batil olduğu ilə bağlı heç şübhəyə yer olmadığını görə bilərik. Bu dövrdə İslam düşmanları bu rəvayəti insanları dindən soyutmaq üçün və özlərinə görə bir cəmiyyət formalaşdırmaq məqsədi ilə irəli sürürlər. Beləliklə, “vətənçilik” və “miliyyətcilik” fikirlərini və toxumlarını möhkəmləndirmək istəyirlər. Həqiqi olan budur ki, müsəlmanın əsil vətəni onun əqidəsidir/inancıdır.” ((Baxın: əl-Əsrarul-Mərfua, səhifə nömrə,191, qeyd 2.))
İndiyə qədər verilən məlumatlara əsasən “vətən sevgisi imandandır” rəvayətinin həzrəti peyğəmbərə aid bir ifadə olmadığı, onun adına deyilən bir yalandan ibarət olduğu aydın olur. Lakin bu vətən sevgisinin səhv olduğu kimi bir nəticə ifadə etməz. İnsanın vətənini sevməyi səhv deyil, bunda heç bir eyib yoxdur. Amma bu başqadır, bunun hədis olduğunu iddia etmək başqa. Burada əsas olaraq deyilmək istənən fikir bu rəvayətin peyğəmbərə aid olmadığı və vətən sevgisinin imanı göstərən bir şey olmağıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.