Müsəlmanlar

Bəqərə surəsinin axırıncı 2 ayəsi vasitəsiz vəhy edilib?

Sual: Bəzi rəvayətlərdə Bəqərə surəsinin sonuncu 2 ayəsinin Merac axşamı peyğəmbərə vasitəsiz olaraq vəhy edildiyi bildirilir. Bu mövzu haqqında məlumat verə bilərsiniz? Yəni, peyğəmbər Bəqərə surəsinin son 2 ayəsini araya heç mələk daxil olmadan birbaşa Allahdan alıb?

Cavab: Abdullah ibn Məsud belə deyib:

Peyğəmbərə meracda 3 şey verilmişdir. Bunlar 5 vaxt namaz, Bəqərə surəsinin sonuncu ayələri və ümmətindən Allaha şirk qoşmayanların böyük günahlarının bağışlanmağıdır.” ((Müslüm, İman, 76; Həmçinin bax: Tirmizi, Təfsirul-Quran, 53; Nəsai, Səlat, 1; Buxari, Səlat, 1; Müsnəd, 1/422; Müslüm, İman, 74.))

Ayələrin  peyğəmbərə necə vəhy edildiyi mövzusunu birbaşa Quranda araşdırsaq,  bu prosesin müəyyən bir sistemə əsasən həyata keçdiyini görə bilərik. Allah Təala insanlarla necə danışacağını belə ifadə edib:

“Allah bir insanla yalnız vəhy yolu ilə və ya pərdə arxasından danışar; yaxud da bir elçi göndərib izni ilə ona dilədiyini vəhy edər. O, ucadır, hakimdir.” (Şura, 42/51)

Ayəyə nəzar saldıqda Allahın insanlara yalnız 3 şəkildə danışacağı, bunlardan birinin vəhy yolu ilə, yəni, ilhamla olduğu ifadə edilib. ((Əbu Abdullah Fəxrəddin Muhəmməd ibn Ömər ibn Fəxrəddin ər-Razi (ölümü 606/1209) ət-Təfsirul-Kəbir, Daru İhyait-Türasil-Ərabi, Beyrut/Lübnan, 1999/1420, IX, 611.)) Ayədə qeyd edilən digər bir məsələ də vəhy göndərməyin pərdə arxasından danışmaq kimi baş verdiyini bildirir. Allahın insanlarla danışmağının axırıncı forması isə Onun elçi göndərməklə ona vəhy etməyidir.

Risalətlə (təbliğlə) əlaqədar vəhylərin yalnız mələk vasitəsi ilə gəldiyi başa düşülür. Belə vəhylər yalnız və yalnız nəbilərə (peyğəmbərlərə) gəlir ((Bəqərə, 2/113, Nisa, 4/163.)) və Allah tərəfindən mühafizə edilir. ((Cin, 72/27-28.)) Quranın ayələri ilə əlaqədar vəhylərin Cəbrail vasitəsilə olduğunu ifadə edən bəzi ayələr belədir:

Cəbrailə düşmən olana de ki, onu [Qurani-Kərimi] özündən əvvəlkiləri təsdiq edən, iman gətirənlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə O, endirmişdir. (Bəqərə, 2/97)

Onu etibarlı Ruh (Cəbrail) edirmişdir. O Quran əlbəttə, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. (Şuara, 26/193-194)  

Bu ayələr çərçivəsində Allahın bütün insanlarla ya ilham (vəhy) yolu ilə, ya pərdə arxasından, ya da bir elçi göndərərək danışdığı başa düşülür. Bütün bunlar həm nəbilər, həm də başqa insanlar üçün etibarlıdır (qüvvədədir). Lakin məlum olur ki, risalətlə yəni, təbliğlə əlaqədar olan vəhy yalnız nəbilərə məxsusdur və bu da ancaq mələk Cəbrail vasitəsilə gəlir.

Bu səbəbdən Bəqərə surəsinin son 2 ayəsinin peyğəmbərə  Cəbrailın vasitəçiliyi olmadan şəxsən Allah tərəfindən verildiyi ilə əlaqədar rəvayət başda Şura surəsi 51-ci ayəsi olmaq üzrə Quranın vəhy  sistemi ilə ziddiyyət təşkil edir.

Saytımızdakı Quran tədqiqatları ilə burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/quran

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.