Müsəlmanlar

Dövlət bankından faizlə pul götürmək olar?

Sual: Dövlət bankından faizlə pul almaq olar? Yəni, faizi dövlət versə, dini cəhətdən də düzgün (caiz, məqbul) olur?

Cavab: Bu məsələ dövlət-millət məsələsi deyil. Əlbəttə ki, qeyri-dövlət (xüsusi) və adı dövlət olan banklar var.

Təəssüflər olsun ki, insanlar özlərini aldadırlar. Deyirlər ki, faizlə kredit götürmək fiziki şəxslər üçün haramdır. Hüquqi şəxslər üşün isə haram deyil. Bir çox insan harama batmaq üçün bəhanə axtarır. Buna heç də ehtiyac yoxdur; çünki necə olsa, Allahı aldatmaq mümkün deyil.

Faiz məsələsində şəxsi bankla dövlət bankı arasında heç bir fərq yoxdur. Əgər görülən işdə faiz varsa, məsələ bitmişdir. Buna baxmaq lazımdır.

Dövlət bankı bütün ölkədə yaşayan insanların müştərək malı deməkdir. Orada işləyən bir nəfər o bankı təmsil etməklə insanlara borc verir. Əgər bu borcda faiz varsa, haramdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.