Müsəlmanlar
Çox soyuq yerlərdə dəstəmazın əvəzinə təyəmmüm almaq olar?

Çox soyuq yerlərdə dəstəmazın əvəzinə təyəmmüm almaq olar?

Sual: Mən şimali Rusiyada yaşayıram. Yaşadığımız zonada qış çox soyuq keçir. Namaz vaxtı gələndə bir də görürsən ki, qar hər tərəfi bürüyüb və yaxınlıqda su da yoxdur; yaxud da, su var, lakin donub. Bu halda dəstəmaz almağın əvəzinə təyəmmüm almaq olar?

Cavab: Bu halda yerdən qar götürüb dəstəmaz üzvlərinə sürtərək dəstəmaz almaq olar. Əslində biz də çox soyuq bölgələrdə yaşamış insanlarıq. Mənim tələbəlik dövrümdə (Ərzurumda oxuduğum vaxtlarda) qışda bəzən kirpik və bığımızdan buz sallanırdı. Deməli, bu metodla dəstəmaz almaq mümkündür.

Lakin əgər bunun sağlamlığınıza xətər yetirəcəyindən ehtiyat edirsinizsə, bu halda təyəmmüm etmək olar. Çünki hər insan qeyd etdiyiniz şəraitdə dəstəmaz almaya bilər. Elə isə orada təyəmmüm almaq olar. Necə olsa, bir topraq və ya daş parçası tapmaq olar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Təyəmmüm almağın qaydaları ilə aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3602.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.