Müsəlmanlar
Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır?

Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır?

Sual: Qüsl etməli olduğu halda, dişinə plomb qoyduran bir şəxs nə etməlidir? Qüsl etmək üçün həmin plombları sökdürməlidir?

Cavab: Xeyr, belə bir şey lazım deyil. Dişlərdəki plombları çıxartdırmaq sizin üçün asan deyil. Halbuki, Allah dəstəmaz və qüslü tərif etdiyi ayədə belə buyurur:

Allah sizin üçün hər hansı bir çətinlik yaratmaq istəmir (Maidə, 5/6).

Başqa bir ayədə isə belə deyilir:

(Allah) din məsələsində sizə heç bir çətinlik yükləməyib (Həcc, 22/78).

Əlavə olaraq Şafii və Maliki məzhəblərində ağız və burnun içərisi bədənin xarici hissələrindən deyil, daxili hissələrindən hesab edilir. Başqa sözlə, onların fikrinə əsasən qüsl edərkən ağız və burnu yumaq fərz (vacib) deyil, sünnədir (müstəhəb). Siz bunu da əsas götürə bilərsiniz.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.