Sual: Bir nəfərə borc manat verib sonra bu borcun əvəzində dollar, yaxud da qızıl növündən istəməyimizdə dini baxımdan bir maneə var?
Cavab: Borçlardakı dəyər fərqi qızıl, gümüş və inflyasiya nisbətinə əsasən hesablana bilər. Bu gün qızıl və gümüş pul olmaqdan çıxıb və digər mallar kimi olub. İndi onların da bəzən qiyməti qalxır, bəzən də enir.
Məsələn, 1980-ci ilin ilk aylarında 1 unsiya (31qr) qızıl 850 dollar idi, 1982-ci il 9 mart günü qızıl 335,5 dollar olmuşdu. 2 il icində dolların dəyər itirdiyini nəzərə alsaq, qızılın dəyər itkisinin daha çox olduğu görünür. Lakin qızılın birjalarda dəyişməyi və qiymətinin qalxıb enməyi qısa müddətlidir. Qızıl uzun müddətdə də dəyərini saxlaya biləcək xüsusiyyətdədir.
Pulun dəyər itkisinin qızıla əsasən hesablanması çox vaxt ziyanı qarşılaya bilər. Pulun dəyər itkisini inflyasiya nisbətinə əsasən hesablamaq ən münasib yol olsa da, inflyasiya nisbətini dəqiq müəyyən etmək çətindir.
Burada 3-cü bir yol bazarda qüvvədə olan xarici valyutanın əsas götürülməsidir. Onlar da bir kağız pul olduğu üçün həm inflyasiyanın təsirində qalır, həm də beynəlxalq birjalardakı ümümi gedişata paralel olaraq hərəkət edir; yəni, dəyəri yüksəlib azalır. Nəticə olaraq tərəflər (borc verən və borc alan) pulun dəyər itkisini nəyə əsasən hesablayırlarsa hesablasınlar, ödəşdikləri vaxt bir-birlərilə halallaşmaları yaxşı olar. Çünki dəyər itkisini dəqiq müəyyən etmək çətindir.
Bu barədə ətraflı məlumatla burada tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/5330.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.