Sual: Allah Təala nə üçün İsrail oğullarına dünya hakimiyyətini vəd etmişdir. Onun dünya hakimiyyətini bir millətə verməsi ədalətinə tərs deyil?
Cavab: Allah Təala heç bir millətə dünya hakimiyyəti vəd etməmişdir. Onların iddia etdiyi məsələ Qurani Kərimdə belə ifadə edilir: “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərə nəzərən üstün tutduğumu xatırlayın.” (Bəqərə, 2/47.)
Bu ayəni səhv başa düşməmək üçün sonrakı ayəni və bu mövzuda digər ayələri də oxumaq lazımdır. (( “Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və (günahkarlara) kömək göstərilməyəcəkdir.” (Bəqərə, 2/48.)))
Allah Təalanın İsrail oğullarını seçməsi onlara göndərdiyi nəbilər səbəbiylədir. Nəbilərə inandıqları zaman Allah onları digərlərindən üstün tutmuş, inanmadıqları zaman da rəzil-rüsvay etmişdir. Qurani Kərim onların qissələri ilə doludur. Yəhudilər, Mehdi deyə gözlədikləri peyğəmbər yəni Muhəmməd əleyhissəlam gəldiyi zaman ona inanmadılar. Əgər inansaydılar həm Allah qatında həm də müsəlmanlar arasında ən hörmətli şəxslər olardı. Ancaq inanmadıqları üçün Allah onları cəzalandırdı və yaşadıqları yerdən də sürgün edildilər.
Hər peyğəmbəri qəbul edən ümmət yaşadığı dövrünün ən üstün cəmiyyəti olur.
Allah Təala müsəlmanlar üçün də belə bir söz vermişdir: “Əgər möminsinizsə, üstün olacaqsınız.” (Əli-İmran 3/139)
Bir başqa ayədə isə, “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz marufa uyğun yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə (haqq yolunu) azmış fasiqlərdir.” ( Əli-İmran, 3/110.)
Müəyyən bir müddət sonra müsəlmanlar da Allahın kitabından və marufdan uzaqlaşdıqları üçün yəhudilər kimi eyni aqibətlə üzləşməkdədirlər.
Ümumiyətlə hər hansı bir cəmiyyət Allahın göndərdiklərini qəbul edərsə, Allah da onları dünya və axirətdə digərlərindən üstün tutar.
Yəhudilərlə əlaqəli bu yazımıza da baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/3356.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.