Müsəlmanlar

Peyğəmbər əleyhissəlamı yuxuda görməyin mənası nədir?

Sual: Məni yuxuda ağ saqqallı, nurani biri gəlib qucaqladı. Sonra da özünün Muhəmməd əleyhissəlam olduğunu dedi. Görəsən peyğəmbərimizi yuxuda görməyin mənası nədir?

Cavab: İbn Abbasdan Rəsulullahın belə dediyi nəql edilir:

“Kim məni yuxusunda görmüşsə, mütləq görmüşdür. Çünki şeytan mənim surətimə girə bilməz.” ((İbn Macə, “Kütubi-Sittə”, 17/530.))

Biz Peyğəmbər əleyhissəlamın həqiqi üzünün necə olduğunu bilmirik.  Buna görə də biri yuxunuzda sizə, “mən Muhəmməd peyğəmbərəm”– deməsi  onun həqiqətdə  peyğəmbər olduğu  mənasına gəlməz. Sizə yalandan onun özü olduğunu da deyə bilər.

Bunu da unutmamalıyıq ki, Şeytan bəzi hallarda nurlu, saqqallı görünüb, şirin sözlə və  gözəl üzlə də aldada bilər. Sizə, “sən çox gözəlsən, sən çox ağıllısan, sən elə peyğəmbər kimi adamsan, sonra da “sən elə peyğəmbərsən”- deyər. Necə ki, bir çoxunu bu şəkildə tovlamışdır. Bu səbəblə hər yuxuda gördüğümüzdən höküm çıxarmamaq və hətta real həyatda belə, belələrinə rast gəldiyimiz vaxt birtərəfli dəyərləndirməmək lazımdır. Çünki şeytan: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.– dedi.    (Əraf, 7/16.)

Yuxu haqqında bir başqa yazımıza da baxmaq üçün:

http://www.muselmanlar.com/fitvalar/5525.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.