Müsəlmanlar
Bir qız vəkil müəyyən etdiyi halda öz kəbinində iştirak edə bilər?

Bir qız vəkil müəyyən etdiyi halda öz kəbinində iştirak edə bilər?

Sual: Dini kəbində şahidlərlə birgə gəlinin və mərufa uyğun olmağı üçün vəlisinin eyni mühitdə olmağında, qızın və vəlisinin razılıqlarının soruşulmağında bir maneə/eyib var? “Əgər qız öz vəlisinə vəkalət veribsə, kəbində iştirak etməməlidir” kimi bir şərt var? Bu cür bir kəbin hansı məzhəbə əsasən etibarlıdır (səhih)?

Cavab: Kəbində qızın şəxsən iştirak etməməyi ənənəyə əsaslanır; yəni, bunun səbəbi adətlərdir. Qızlar bir çox yerdə kəbin əqdinin tərəfi olmağı sevmirlər. Bəzən qızın evliliyə razılıq verib vermədiyini öyrənmək də çətin ola bilər.

Peyğəmbər (s. a. v.) bu mövzu ilə əlaqədar olaraq belə demişdir:

“Dul qadının özü ilə əlaqədar olaraq vəlisindən çox haqqı vardır. Bakirə qızın isə razılığı alınmalıdır.”

Elə bu dəm bakirə qızın danışmağa utandığını deyənlər oldu. Peyğəmbər əleyhissəlam: “Onun susmağı razı olduğunu bildirir”, – dedi. ((Müslim, Nikah, 66, 67, 68; Əbu Davud, Nikah, 26; İbn Macə, Nikah, 11; Nəsai, Nikah, 33, 34.))

“Dul qadın özü ilə əlaqədar olan məsələlərdə açıq danışar, bakirənin isə susmağı onun razılıq verməyi deməkdir.” ((İbn Macə, Nikah 1872.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.