Müsəlmanlar

“Üzünün suyu xatirinə” – deyə, dua etmək olar?

Sual: Allahdan bəzi böyük şəxsiyyətlərin üzünün suyu xatirinə duamızın qəbul olmağını istəyə bilərik? Məsələn, “Ya Rəbbi! Həzrəti Muhəmmədin üzünün suyu xatirinə, ya da kərəm sahibi övliyalar, şəhidlər və saleh bəndələrin xatirinə duamızı qəbul et” - deyə, dua etmək olar?

Cavab: Bu cür dualar Süleyman Çələbinin Mövlüd adlı əsəri kimi kitablarda qeyd edilir. Amma belə dua etmək olmaz. Bu mövzuda hənəfi alimlərdən ibn Əbil-İzz belə deyib:

“İnsanın Allahdan başqasını duasının qəbul olmağına səbəb qılmağı və onunla təvəssül etməyi düz deyil. O, belə demək istəyir: “Filankəs sənin saleh bəndələrindən olduğu üçün duamı qəbul eylə.” Onun Allahın saleh bəndəsi olmağı ilə o birinin duası arasında nə kimi bir əlaqə ola bilər? Bu, duada həddi aşmaqdır. Allah Təala belə buyurub:

 “Rəbbinizə yalvara-yalvara və gizlincə dua edin. Çünki O, həddini aşanları sevməz”. (Əraf, 7/55.)

Bu kimi dualar sonradan uydurulub. Belə bir dua nə həzrəti Muhəmməddən, nə səhabədən, nə tabiindən, nə də imamların birindən nəql edilib. Allah onların hamısından razı olsun. Bu, ancaq cahillərin və bəzi təriqətcilərin yazdığı tilsimlərdə ola bilər.” ((Əli ibn Muhəmməd ibn Əbil-İzz  əd-Dəməşqi (ölüm ili hicri 792/miladi 1390-cı il), Şərhul-Əqidətit-Tahaviyyə, Beyrut, 1408/1988-ci il, 1-ci cild, s. 295-297.))

Bu mövzuyla əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/5350.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.