Sual: Bizdə qurbanı mollaya kəsdirirlər. Mən bir qurban almışam istəyirəm özüm kəsim. Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?
Cavab: Bəli. Hər kəs qurbanını özü kəssə daha gözəl olar. Peyğəmbər əleyhissəlam qurbanını özü kəsmiş və hər kəsə də özünün kəsməsini tövsiyə etmişdir. Hətta Buxaridən gələn sənədsiz bir rivayəttə peyğəmbərimizin: “Qızlarına qurbanlarını öz əlləriylə kəsmələrini tapşırdı”[1]– dediyi nəql edilir.
Əgər qadın qurbanını özü kəsə bilmirsə, özünün ən yaxınlarından birinə kəsdirsin. Yoxsa bu iş üçün; “mollanın iştirakı”, “onun dua verməsi”, “gedəndə də qurbanlığın qolunu götürməsi”- kimi adətlərin dinimizlə əlaqəsi yoxdur və bu adətlər şaman və məcusi adətlərinin davamıdır.
Qurban kəsən hər bir kəs özü bildiyi qaydada, başa düşdüyü dildə dua etməyi, Allah adına deyərək, qurbanını ya özü ya da istədiyi birinə kəsdirməyi bacarmalıdır.
Ətraflı məlumat üçün saytımızın aşağıdakı linklərinə də müraciət edin:
Qurbanı xaricdə qurban kəsdirən təşkilatlara bağışlamaq olar?
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.