Sual: Quranın məhz Quranla başa düşülməsi metoduna baxmayaraq surə və ayələri nüzul ardıcıllığına əsasən başa düşməyə çalışmaq barədə nə deyərdiniz?
Cavab: Əgər bu Qurani-Kərim (əlindəki Quran kitabını göstərir) nüzul sırasına əsasən olsaydı, Allah Təala onu o cür yazdırar və hər bir surə və ayənin yanında nüzul (nazil olunma) tarixini qeyd etdirərdi. Quran budur! Bizim: “Filan surə filan tarixdə filan yerdə nazil edilib, filan ayə filan vaxt enib, bu əvvəl, o biri isə sonra nazil olub” deməyə haqqımız yoxdur. Biz bu kitabın necə deyərlər, hamısından məsuluq.
Bəziləri deyirlər ki, biz hal-hazırda Məkkə dövrünü yaşayırıq. Onlara demək lazımdır: “Bəs Mədinə dövründə enən ayələr? Elə isə gedin, bunun hesabını Allaha çox çətin verərsiniz!”
Biz müsəlmanlar bütün Qurana əsasən cavabdehlik daşıyırıq, hansısa bir ayrı-seçkilik yoxdur. Nüzul sırasını əsas tutmaq istəyənlərin də əlində bir meyar yoxdur. Məgər əllərində mötəbər bir sənəd-sübut var? Təbii ki, yoxdur.
Elə isə belə demək əslində Quranı öz həyatından çıxarmaq deməkdir; bu, həmin fiikrin başqa yolla ifadə edilməsidir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.