Müsəlmanlar
Qeyri-iş günlərində işləyənlər əlavə pul almalıdırlar?

Qeyri-iş günlərində işləyənlər əlavə pul almalıdırlar?

Sual: Biz iş yerində qeyri-iş günlərində (bayramlar, rəsmi tətillər) də işləyirik. Lakin bunun müqabilində əlavə pul ala bilmirik. İşəgötürən bizim haqqımızı verməyə məcburdur? Bu, dini cəhətdən necə olmalıdır?

Cavab: Bu, işəgötürən və işləyən arasındakı razılaşmadan asılıdır. Əgər başdan bu tətil günləri əlavə pul veriləcəyi, ya da verilməyəcəyi barədə bir razılaşma olubsa, əlavə pul vermək və ya verməmək də ona əsasən olmalıdır.

Əgər başda belə bir razılıq olmayıbsa, bu vaxt həmin peşənin/iş sahəsinin ənənəsinə baxılır. O sahədə işləyənlər rəsmi tətil günləri işlədikdə əlavə pul alırsa, bu ənənəyə əsasən hərəkət edilməlidir.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.