Sual: Mən nisyə mal almışam. Bu aldığım malın pulunu bank vasitəsiylə ödəməyimi istəyirlər. Pulu banka ödəyə bilərəm?
Cavab: Aldığınız hər hansı bir malın pulunu bank vasitəsiylə ödəməyə məcbur qalsanız, bu ödəmədə siz heç bir faizə, günaha girmiş olmazsınız. Çünki müqavilə sizinlə yox, dövlətlə və ya alış-veriş etdiyiniz şəxslə bank arasında bağlanmışdır. Bu səbəblə bank vasitəsiylə ödədiyiniz pul dövlət və al-ver etdiyiniz şəxs üçün faizdir, amma sizin üçün faiz deyildir. Onsuz da ödəməli olduğunuz pul sizə ait deyildir. İstəyir bankda saxlayıb faiz alsın, istəyir kasıba versin…
Bir sözlə, o pulu banka ödəməyinizdə sizin üçün bir günah yoxdur.
Daha ətraflı məlumat üçün aşağıdakı yazıları da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/4364.html
http://www.muselmanlar.com/fitvalar/1887.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.