Müsəlmanlar

Toyda taxılan qızılın hökmü nədir?

Sual: Toyda və kəbin mərasimində gəlin və ya bəyə hədiyyə olaraq taxılan qızılın hökmü nədir? Bu qızıllarda qadının haqqı ola bilər? Yoxsa kişi qadının razılığı olmadan bu qızılları istədiyi kimi sata/dəyişdirə/xərcləyə/götürə bilər?

Cavab: Toyda qız tərəfinin gəlinə taxdığı qızıllar gəlinə verilən hədiyyə, oğlan tərəfinin qıza taxdığı qızıllar isə gəlinin mehri hesab edilir. Bu səbəbdən hər ikisi də gəlinə məxsusdur, onun malıdır. Gəlin icazə vermədiyi təqdirdə əri bunlara toxuna bilməz. Özü də bunları istədiyi kimi istifadə edə bilər. Qızıllar gəlinin sərəncamındadır. Nisab miqdarını keçərsə, zəkatını da özü verər.

Bununla əlaqədar ayə belədir:

“Ey iman edənlər! Qadınlara onlardan xoşlanmadığınız halda ((Ayədəki “onlardan xoşlanmadığınız halda” ifadəsi كرها (kərhən) sözünün tərcüməsidir. Bu söz Ərəb dilində haldır, yəni, vəziyyət bildirir. Təfsir və Quran tərcümə-məallarında bu ifadə qadınların vəziyyətini bildirirmiş kimi qiymətləndirilib. Nəticədə də ayəyə belə bir məna verilib:

“Qadınlara zorla varis çıxmaq sizə halal deyildir”.

Bu isə 2 cür açıqlanıb. 1-cisi qadının özünün bir miras malı kimi başa düşülməyidir. Ayəyə bu cür məna vermək onu tarixə dəfn etmək deməkdir.

2-ci isə bir kişinin boşanmaq istəyən arvadını boşamayıb ölməyini gözləməyi və ona zorla varis olmağıdır. Halbuki, Quran qadına iftida haqqı vermişdir. Elə isə 2-ci açıqlama da mümkün deyil. Ona görə də burada “kərhən” sözünün failinin yəni, ərlərin vəziyyətini xəbər verir kimi tərcümə etmək daha doğru olar. Belə bir tərcümə əlaqədar ayələrlə bütövlük meydana gətirir.)) varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar pis bir iş görməyincə onlara verdiklərinizi geri almaq üçün onları sıxışdırmayın. Onlarla yaxşı (mərufa uyğun) rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizin üçün çoxlu xeyir yaratmış olsun.” (Nisa, 4/19)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.