Sual: Bizim bir otağımız var və yanımızda da uşağımız yatır. Onun yanında cinsi əlaqədə olmaqdan çəkinirik. Uşaq bizə baxa-baxa cinsi əlaqədə ola bilərik?
Cavab: Uşaq sizin etdiklərinizi təqlid edəcək səviyyəyə gəldiyi vaxtdan sonra bu mühitdən uzaq saxlanmalıdır. Sizi və yatağınızı görməməyi üçün uşağı yanları olan beşikdə, çarpayıda yatızdırmaq və ya araya pərdə çəkmək lazımdır. Cinsi əlaqənin nə olduğunu başa düşdüyü səviyyəyə gələndə isə artıq o olan otaqda bu işə son qoyulmalıdır. Hətta uşağınız sizin otağınıza səhər oyandıqda, soyunan vaxtlarda və gecə namazından sonra yatdığınız vaxtlarda icazə almadan girməməlidir. Bu barədə Qurani-Kərim çox gözəl izahat verir:
“Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar (yanınıza girmək istədikdə) qoy üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu) sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.” (Nur 24/58)
Suala cavab verdi: Aydın Mülayim
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.