Müsəlmanlar

Mehir ala bilməyən qadın boşandıqda ərinə nə qaytarmalıdır?

Sual: Məlumdur ki, indiki dövrdə qadınlar ərlərindən o qədər də mehir ala bilmirlər. Belə qadınlar boşandıqda ərlərinə nə qaytarmalıdırlar?

Cavab: Kişi və qadın mehir məsələsini əvvəlcədən həll etsələr də, etməsələr də, mehir avtomatik olaraq hüquqi hala gəlir. Mehirsiz evlilik olmaz.

Əgər ər-arvad: “Axı biz mehiri heç müəyyən etməmişdik, indi necə olacaq?”, – desələr, bunun evliliyə bir maneçiliyi yoxdur; evlilik qüvvədədir. Bununla belə, mehir avtomatik surətdə hüquqilik qazanır.

Mehir kişinin borcudur; onu qadına verməlidir. Həmin qadına bərabər qadınlar öz ərlərindən nə qədər mehir alıblarsa (bu, o kişinin də digər kişilərlə müqayisəli maddi imkanından asılıdır), o da o qədər almalıdır. Kişi bu miqdarı ona verməlidir.

Əgər müqayisə üçün eyni yerdə nümunələr yoxdursa, başqa yerlərə də baxmaq olar. Bir sözlə, mehir qadının haqqıdır. Odur ki, əvvəlcədən razılaşmamaq mehirsiz olmaq demək deyil.

Bu səbəblə, qadın ərindən mehir mütləq almalıdır və səbəbsiz yerə ərindən boşanmamışsa, bu mehri qaytarmaya bilər.

Oxşar sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Boşanma davası açıb sonra bu davadan imtina edənlər, dini cəhətdən boşanmış sayılırlarmı?

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/3675.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.