Sual: Həzrəti Musaya verildiyi deyilən 9 ayə-9 möcüzə nədən ibarətdir? Bunlar Tövratdakı 10 əmrlə əlaqədardır?
Cavab: Quranda 2 ayədə (İsra, 101 və Nəml 12) qeyd olunur ki, həzrəti Musaya 9 ayə-9 verilib. İsra surəsinin 101-ci ayəsində belə deyilir:
“Musa onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan”, – demişdi.”
Bu ifadələrdən belə çıxır ki, Firon özü həzrəti Musaya verilən möcüzələrə şahid olub. Qurana bu mənada baxdıqda məlum olur ki, həzrəti Musaya verilən möcüzələrin arasında Fironun şəxsən şahid olduğu 9 möcüzə var. Bunlar isə tufan, çəyirtkə, həşərat, qurbağa, qan (Əraf, 7/133), əsanın ilana çevrilməsi, əlinin ağarması (Nəml, 27/12; Şüəra, 26/32-38), əsanın sehrbazların etdiklərini udması (Şüəra, 26/32-46) və dənizin yarılmasıdır (Şüəra, 26/60-66).
9 möcüzənin həzrəti Musaya verilən 10 əmrlə əlaqəsi ilə bağlı olaraq hədis kitablarında bir rəvayət qeyd olunub (Tirmizi, İstizan, 33; Nəsai, Təhrim, 18). Lakin İbn Kəsir bu rəvayətlə əlaqədar olaraq Tirmizinin hədis barədə həsən-səhih dediyini qeyd edir; ancaq rəvayətin əslində müşkül olduğunu bildirir. Yenə bu hədisin ravilərindən olan Abdulla ibn Sələmənin yaddaş baxımından qüsurlu olduğunu, bəlkə də, onun 9 möcüzəyə dair ayəni 10 əmrlə qarışdırmış ola biləcəyini demişdir. Çünki 10 əmr Tövratdakı tövsiyələrdir. Bununla bir dəlil-sübut kimi Fironun qabağına çıxılmayıb. ((Baxın: İbn Kəsir, Təfsiru-l-Qurani-l-Əzim, təhqiq edən əs-Seyyid Muhəmməd əs-Seyyid, Vəcih Muhəmməd Əhməd, Daru-l-hədis, Qahirə, 2005-ci il, 5-ci cild, s. 132.))
Odur ki, bu rəvayətin həm isnad, həm də mətn baxımından dəlil (əsas) götürülməsi münasib deyil; Quranda bildirilən 9 möcüzə ilə 10 əmrin eyniləşdirilməsi də mümkün deyil.
Bu məsələ ilə əlaqədar bir məqalə ilə (Türk dilində) burada tanış ola bilərsiniz:
http://www.suleymaniyevakfi.com/423-kitap-ve-hikmet-dergisi-4-sayi-ocak-mart.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.