Müsəlmanlar
Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür?

Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür?

Sual: Əhzab surəsində: “Allah və axirət gününə qovuşmağı uman və Allahı zikr edənlər üçün Rəsulullahda gözəl bir nümunə var”, - deyilir. Lakin Quranda haqqında danışılan peyğəmbər ilə rəvayətlərdə bəhs olunan peyğəmbərin arasında dağlar qədər fərq var. Bu ümmət hansı rəsulu nümunə götürməlidir? Siz bu məsələdə bir yol göstərə bilərsiniz?

Cavab: Rəsulullah (s. a. v.) Allah tərəfindən bizim üçün nümunə göstərildiyi üçün 21-ci əsrdə yaşayanlar da onu nümunə götürməlidirlər. Qiyamətə qədər də belədir. Rəsulullahı nümunə götürə bilməyimiz üçün onun icraatları bizə qədər gəlib çatmalıdır.

Təbii ki, peyğəmbərimizə (s. a. v.) bir çox uydurma-qondarma hədis də nisbət edilib (xüftən namazının vaxtını sübh namazının vaxtına qədər uzatmaq kimi və sairə). Əlbəttə ki, ona bir çox yalan və iftiralar da isnad olunub. Bütün bu uydurma və yalanlar da təəssüf ki, dinin əsasları halına gətirilib. Bu məqamları hər dərsdə xüsusi olaraq qeyd edirik.

Bununla belə, bu mənfi halı aradan qaldırmağın tək bir yolu var: Quran-Sünnə vəhdəti – Kitab və hikmət anlayışı. Çünki Quran öz metoduna əsasən oxunduqda peyğəmbərin sözlərinin əslində Quranda olduğunu  açıq-aşkar görmək olur. Nəticədə isə hansısa bir səhvə, yaxud kimi isə səhv yönləndirməyə hacət qalmır.

Biz belə etməyə çalışırıq. Bütün tədqiqatlarımızda Quran və Sünnəni birgə mütaliə edirik. Beləliklə də, sistem tam formada öz yerinə oturur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.