Müsəlmanlar
“Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi səhihdir?

“Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi səhihdir?

Sual: “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi nə dərəcədə səhihdir?

Cavab: Bu hədis Cəlaləddin əs-Süyutinin Camiu-l-əhadis (5666 və 5667-ci hədislər) və Heysəminin Məcməu-z-zəvaid (Fitən, 12547-ci hədis) adlı əsərlərində qeyd olunub.

Heysəmi qeyd edir ki, bu hədisin rəvayət zəncirindəki Müaviyə ibn Vahibi tanımır.

Bu hədisə Quran baxımından yanaşdıqda isə məlum olur ki, səhih (düzgün, mötəbər) deyil. Çünki Allah Quranda peyğəmbərimizə (s. a. v.) belə deməyi əmr etmişdir:

“De: Elçilərin 1-cisi mən deyiləm. Mənə və sizə nə ediləcəyini də bilmərəm. Mən sadəcə olaraq mənə vəhy olunana tabe oluram. Mən sadəcə olaraq açıq-aşkar bir xəbərdarlıq ediciyəm.” (Əhqaf, 46/9)

Ayədə də qeyd olunduğu kimi, özünə belə, necə rəftar olnacağını bilmədiyini deyən peyğəmbərin (s. a. v.): “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam”, – deməyi, yəni, bu cür bir şərh verməyi mümkün görünmür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.