Sual: Bir insan özü bilmədən kafir olar?
Cavab: Kafir bir şeyin üstünü örtən şəxs deməkdir. Olmayan bir şeyin üstü örtülə bilməz. Bu səbəblə kafir imanı olmayan birinə deyil, imanı olub onun üstünü örtənə deyilir. Allah insanları dünyadan xəbərsiz qalacaq şəkildə yaratmadığı kimi, özündən də xəbərsiz qalacaq şəkildə yaratmamışdır. Heç kimsə də axirətdə: “Mənim Səndən və həqiqətlərdən xəbərim yox idi”- deməyəcəkdir. Bilavasitə: “Mən dünyanın cazibəsinə, nəfsimə (Ənam, 6/130-131), dostuma (Furqan, 25/28), böyüklərimizə uydum (Səffat, 37/69-70), unutdum (Əraf, 7/51), indi tövbə edirəm (Nisa, 4/18)”– deyəcəkdir.
Ali-İmran surəsinin 106-cı ayəsində isə belə deyilir:
“O gün neçə-neçə üzlər ağ çıxar, neçə-neçə üzlər də qaralar. Üzüqara çıxanlara belə deyilər: “Siz iman gətirdikdən sonra kafir oldunuz, eləmi? Elə isə kafir olmağınızın müqabilində dadın bu əzabı!”
Allah insanların fitrətinə verdiyi mütləq həqiqətləri örtənləri kafir adlandırır. Heç kim Allahın varlığından, birliyindən, yaxşı və pis olmanın nəticələrindən xəbərsiz deyildir. Bütün bunları örtənə də Ərəb dilində kafir deyilir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.