Sual: Mən gündüz yatmışdım. Oyananda gördümn ki, ehtilam olmuşam. Bu halda mənim orucum batil olur?
Cavab: Məlumdur ki, orucu pozan amillər nəsə yemək, içmək və cinsi əlaqədir. Ramazan ayında oruc ola-ola yatan və yuxuda cənabət qüslünü vacib edən bir halla üzləşən şəxsin orucu pozulmur. Ona görə də belə bir halla üzləşən şəxs durub cənabət qüslünü edə bilər.
Yeri gəlmişkən qeyd edək ki, oruc vaxtı çimmək də, qüsl etmək də orucu pozmur. Bu barədə aşağıdakı keçiddə oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2310.html
Burada bir sual da yarana bilər: Bu cür bir hadisə ilə üzləşən şəxs yuxudan oyanan kimi qüsl etməlidir, yoxsa qüslü bir müddət gecikdirə bilər?
Cənabət (cünub) halda qaldığınız müddət ərzində hər hansı bir namazı keçirməmisinizsə, qüslü gecikdirməyin bir eybi yoxdur. İslam dininə əsasən hər hansı bir səbəbdən cənabət olan, yəni, qüsl etməli olan insan ən çox (uzaq başı) bir namaz vaxtı qədər cünub (cənabət halda) qala bilər. Bundan çox gözləmək, başqa sözlə desək, qüsl almağı namaz ibadətini yerinə yetirməmək kimi bir nəticə ilə gecikdirmək düzgün deyil; dini cəhətdən caiz hesab olunmur.
Qısa desək, oruc vaxtı yatan və ehtilam olan şəxsin orucu pozulmur. Bu şəxs oyandıqdan sonra namaz vaxtını keçirməmək şərti ilə qüsl etməlidir.
Suala cavab verdi: Yahya Şenol ((İslam hüququ üzrə doktor, tədqiqatçı-alim.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.