Müsəlmanlar
Maaş çox ola-ola minimum əmək haqqı kimi göstərmək

Maaş çox ola-ola minimum əmək haqqı kimi göstərmək

Sual: Təəssüf ki, özəl sektorda fəaliyyət göstərən bir çox firma və şirkət işə götürdükləri şəxslərin çoxunu qeyri-rəsmi formada işlədirlər. Məcburiyyət qarşısında qalıb rəsmi formada işə götürdükdə isə onların əmək haqqını minimum əmək haqqı kimi göstərirlər. Belə edirlər ki, dövlətə daha az vergi və sığorta pulu ödəsinlər. Bunu bir misal verib açmaq istəyirəm: Tutalım ki, X adlı hüquqi şəxs (firma, şirkət və sairə) filan şəxsi rəsmi formada işə götürür. Ona maaş kimi hər ay 400-500 manat verir. Rəsmi sənədlərdə isə onun maaşını minimum əmək haqqı kimi göstərir. Bu məsələ qanuni cəhətdən qadağandır. Bəs dində bu barədə nə deyilir?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, siz əslində bu sualın cavabını elə sualın özündə vermisiniz. Sizi narahat edən və bu sualı soruşmağa vadar edən də budur.

Təbii ki, bu, düzgün hal deyil. Bu, sizin də bildirdiyiniz kimi qanuni baxımdan yolverilməzdir. Dini cəhətdən də belədir. Çünki İslam dininə əsasən insanları aldatmaq olmaz. Dövlət və hökumətə də yanlış bəyan və izahat vermək olmaz. Bu, həqiqətin təhrif edilməsidir və nəticəsi çox pisdir. Bu mənfi nəticə təkcə işəgötürən və işçi ilə məhdudlaşmır; bütün ölkə iqtisadiyyatına və cəmiyyətin hər bir fərdinə ziyan vurur.

Ona görə də belə hallardan uzaq durmaq və bu hallara yol verənlər haqqında lazımi yerlərə məlumat vermək lazımdır.

Bəzi insanlar bunu öz mənfəətləri naminə düzgün hesab edirlər. Lakin bunun heç bir əqli-məntiqi, qanuni, dini və əxlaqi əsası yoxdur.

Insanlarş sığortasız və qeyri-rəsmi işlətmək də qətiyyən düzgün deyil.

Oxşar məsələlərlə bağlı məlumat üçün aşağıdakı keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/2769.html

http://www.muselmanlar.com/fitvalar/5835.html

http://www.muselmanlar.com/fitvalar/3557.html

http://www.muselmanlar.com/fitvalar/1829.html

http://www.muselmanlar.com/fitvalar/271.html

http://www.muselmanlar.com/fitvalar/279.html

http://www.muselmanlar.com/fitvalar/385.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.