Müsəlmanlar

Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır?

Sual: Ər-arvad arasında cinsi əlaqə baş verdikdə otaq mütləq zil qaranlıq olmalıdır? Bu məsələyə dini cəhətdən nə cür qiymət vermək olar?

Cavab: Dinə əsasən belə bir qayda, şərt və tələb yoxdur. Yəni, ər və arvadın arasında meydana gələn cinsi əlaqə vaxtı otaq mütləq surətdə qaranlıq olmamalıdır.

Bununla belə, bu məsələ ilə əlaqədar bəzi faydalı və insanın ləyaqətini qoruyan məsləhətlər var. Belə ki, cinsi əlaqə vaxtı tərəflərin üstünün örtülü olmağı daha münasib hesab edilir. Yaxşı olar ki, otaq da çox işıqlı deyil, qismən işıqlı olsun. Bu isə lampaların hamısının açıq olmağı ilə deyil, gecə lampası ilə mümkündür.

Yaddan çıxardılmamalıdır ki, bütün bu məsləhətlər İslam dinində insana, onun heysiyyət və ləyaqətinə verilən yüksək qiymətdən irəli gəlir. Başqa cür desək, bunların heç biri insanların cinsi azadlığını məhdudlaşdıran qadağalar deyil; əksinə, onların həya (utanma) hissinin qorunub saxlanmasına xidmət edir.

Bir sözlə, dində sualınızda qeyd etdiyiniz kimi mütləq bir şərt yoxdur. Ancaq bilmək lazımdır ki, bu məsələlər ayrı-ayrı çəxslərin din anlayışları və ədəb-ərkanından asılıdır. Yaxşı olar ki, insanın ləyaqətini alçaldan və insanda təhrik vasitəsilə bəd hislər oyadan hərəkətlərdən uzaq durulsun. Çünki bu məsələlər izafidir, mənfi nəticələrə gətirib çıxarda bilər. Qısa desək, ər-arvad arasındakı cinsi münasibətlərin də müəyyən qayda və qadağaları vardır.

Bu məsələlərlə əlaqədar olaraq aşağıdakı sual və cavablarla da tanış olmağınız məsləhətdir:

http://www.muselmanlar.com/fitvalar/1297.html

http://www.muselmanlar.com/fitvalar/5434.html

http://www.muselmanlar.com/fitvalar/4603.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.