Sual: Bir nəfər ehtiyacı olmadığı halda hökumətə müavinət üçün müraciət edir. Bu hal dini cəhətdən nə dərəcədə düzgündür?
Cavab: Dövlət tərəfindən vətəndaşlara verilən yardım və müavinətlərin müəyyən şərtləri var. Müavinətlər az gəliri olan, məhdud imkanlarla yaşayan və möhtac vəziyyətdə olan vətəndaşlar üçün təyin olunur. Ünvanlı sosial yardım, işsizlik müavinəti, az gəlirliliyin azaldılması üçün verilən hər növ müavinət dövlətin vətəndaşlara göstərdiyi qayğı çərçivəsində verilir.
Odur ki, ehtiyacı olmadığı halda bu müavinətlərə müraciət etmək düzgün deyil. Bu, həm dini, həm qanuni, həm də insani-vicdani baxımdan yolverilməz bir haldır. Təbii ki, burada ehtiyacı olan vətəndaşların haqqı da tapdanır. Ona görə də özünü müsəlman hesab edən bir şəxs belə bir hala qəti surətdə yol verməməlidir.
Bu barədə ətraflı məlumatla aşağıdakı keçdilərdə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/385.html
http://www.muselmanlar.com/fitvalar/271.html
http://www.muselmanlar.com/fitvalar/2769.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.