Müsəlmanlar

Ər-arvad həftənin 3-cü günü cinsi əlaqədə ola bilməzlər?

Sual: Bizim zonada belə bir söz var ki, ər-arvad həftənin 3-cü günü cinsi əlaqədə ola bilməz. Guya o vaxt uğursuzluq olar. Bəzi adamlar isə həftənin 3-cü günü heç çimmirlər, bunun xoşagəlməz bir şeyə səbəb olacağını deyirlər. Bütün bunlar nə dərəcədə düzdür?

Cavab: Bu sözlərin İslam dinində heç bir yeri yoxdur. Tamamilə xurafat və mövhumatdan ibarətdir.

Camaat arasında belə sözlər çoxdur. Xurafat qəbilindən olan bu sözlərə aşağıdakıları misal göstərmək olar:

– Guya təzə evlənən bəy-gəlin axşam vaxtı evdən bayıra çıxsalar, böyük bir fəlakət baş verər.

– Guya hamiə qadın saçını düzəltdirsə, gələcəkdə dünyaya gəlməyini gözlədiyi körpəsində bir xal çıxar.

– Guya ölünün şəklinə baxmaq ona ağır bir əzab verir.

Bu və oxşar söz və inanışlarla əlaqədar məlumatla aşağıdakı keçiddə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/xurafat-movhumat

Əsl sualınıza gəldikdə isə deməliyik ki, həftənin Çərşənbə günü (3-cü gün) ər-arvad arasında cinsi əlaqə qadağan deyil və bu, heç bir uğursuzluqla nəticələnmir. Dində belə bir qadağa filan yoxdur.

Ər-arvad arasında cinsi əlaqənin qadağan olduğu vaxtlarla əlaqədar olaraq aşağıdakı qısa cavab yazısını oxuyun:

http://www.muselmanlar.com/fitvalar/5434.html

http://www.muselmanlar.com/fitvalar/1698.html

Çimmək də belədir. Həftənin digər günlərində olduğu kimi, Çərşənbə günü də çimmək olar. Bunda heç bir qəbahət yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.