Müsəlmanlar
Siqaret və sulu qəlyan çəkmək orucu batil edir?

Siqaret və sulu qəlyan çəkmək orucu batil edir?

Sual: Siqaret və sulu qəlyan çəkmək orucu pozurmu?

Cavab: Oruc tutmaq səbrli olmaq və özünü saxlamaq deməkdir. Məlum olduğu kimi, siqaret və sulu qəlyan (nargilə) çəkmək bədənə heç bir xeyri olmayan, əksinə, zərərli şeylərdir.

İnsanlar bunları kef üçün çəkirlər. Onlardan zövq alırlar. Biz insanlar zövq və ləzzəti yemək-içmək və ər-arvad münasibətindən də alırıq.

Orucluqda Allah üçün bu həzz və ləzzətlər tərk olunmalıdır. Tərk edilmədiyi təqdirdə oruc batil olur.

Odur ki, siqaret də, sulu qəlyan da orucu batil edir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.