Müsəlmanlar

Ehram nədir və ehrama girmək nəyə əsasən vacibdir?

Sual: Ehram nə deməkdir? Ehrama girməyin vacib olmağının dəlili nədir?

Cavab: Həcc və ya ömrə ibadətini yerinə yetirməyə başlayan şəxs adi vaxtlarda etdiyi bəzi hərəkətləri bu vaxt edə bilməz. İhram (ehram) məhz belə bir qadağaya daxil olmaq deməkdir. Ehrama girmədən bu ibadətlər başlanmış hesab edilmir. Ona görə də ehrama girmək həcc və ömrə ibadətlərinin fərzlərindəndir (vacib).

Bu, eynilə namaz qılmağa başlayan bir şəxsin namaz üstündə nəsə yeyib içə bilməməyi, eləcə də, danışa bilməməyi kimi bir şeydir. Namazda nəsə yeməmək, içməmək və danışmamaq kimi qadağalar niyyət edib: “Allahu əkbər!”, – dedikdən sonra başlayır. Buna görə də həmin: “Allahu əkbər!” təkbirinə “təhrimə təkbiri”, yəni, insanı ehram halına gətirən təkbir deyilir. Həcc və ömrə üçün ehrama girmək də niyyət və təlbiyə ilə olur. Bununla əlaqədar Quran ayəsində deyilir:

“Kim o aylarda həccə başlasa, həcc vaxtı nə həyasızlıq edər, nə günaha batar, nə də dava-dalaş edər.” (Bəqərə, 2/97)

Deməli, həcc ibadətinə başlamaq ayədə qeyd edilən qadağalı vəziyyətə gəlməkdir. Bu vəziyyətdə olan bir şəxs ov da edə bilməz:

“Möminlər, ehramda olduqda ovu öldürməyin!” (Maidə, 5/95)

“Ehramda olduğunuz müddətdə quruda ov etmək sizə haram edildi.” (Maidə, 5/96)

Ehrama daxil olan bir şəxsə qadağan olan şeylər barədə məlumatla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3663.html

http://www.muselmanlar.com/fitvalar/4605.html

http://www.muselmanlar.com/fitvalar/5383.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.