Müsəlmanlar

Quranı xətm etməklə əlaqədar ayə və ya hədis var?

Sual: Quranı xətm etmək ənənəsi nə vaxt başlayıb? Bununla əlaqədar hansısa bir ayə və ya hədis var?

Cavab: Xeyr, bununla əlaqədar heç bir ayə və hədis yoxdur. Rəvayətə görə, həzrəti Muhəmməd (s. a. v.) Ramazan ayına qədər və Ramazan ayında nazil edilən ayələri mələk Cəbrail ilə müqabələ yolu ilə oxuyurmuş. Müqabələ etmək əslində qarşılaşdırmaq, tutuşdurmaq, müqayisə etməkdir. Yəni, bu o vaxtadək nazil edilən ayələrin bir növ yoxlanmasıdır.

Müqabələ bu gün də həyata keçirilir. Bu baxımdan bu, yaxşı bir haldır. Lakin deyilənləri başa düşmək şərti ilə!

Sizə bir şey deyim. Soma şaxtasında həlak olanlar (Allah onlara rəhmət etsin!) üçün hər tərəfdə çoxlu-çoxlu Quran xətm olunur.  Bu cərəyana həm din işləri idarəsi, həm də İlahiyyat fakültələri qoşuldu.

İnsan həqiqətən də, mat-məəttəl qalır: Siz bu qədər batil inanc və xurafat bataqlığına hər dəfə bir az da çox batmağa məcbursunuz?! Allah xatirinə deyin, siz nə edirsiniz belə?! Bir şəxsin ruhuna Quran xətm etmək adətini haradan çıxardınız?! O günü də İstanbul müftisi durub dedi ki, Somada ölənlər Muhəmməd əleyhissəlama qonşu olacaqlar. Sanki həmin “məhəllə”nin icra nümayəndəsi odur! Mən müftini tanıyıram və o, çox sevdiyim bir dostumdur. Amma bunu heç cür başa düşə bilmirəm! Bunu necə edir axı?

Şəhid sözünə gəldikdə isə o, bu mənada işlənir: Şahid olunmuş. Misal üçün, siz bir meyyit namazına və ya yas mərasiminə gedirsiniz. Orada sizdən soruşurlar ki, bu ölən şəxsi necə tanıyırdınız? Siz də cavab olaraq: “Yaxşı tanıyırdıq, yaxşı adam idi”, – deyirsiniz. Yəni, siz orada onun yaxşı bir insan olduğuna şəhadət gətirirsiniz, şahid olursunuz. Bu mənada işlədilə bilər. Bu da sadəcə olaraq bizə nəzərən belədir: Filan adam namazını qılırdı, digər ibadətlərini də yerinə yetirirdi, halalından qazanmağa çalışırdı.

Əslində bu, bizim üçün bir təmizlik və təzkiyədir. Allah dərgahında bunlar həqiqətdirsə, sözsüz ki, Allah onun əvəzini verəcək.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Ölüyə Quran oxumaqla əlaqədar məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3215.html

http://www.muselmanlar.com/dusunce-sahesi/5367.html

http://www.muselmanlar.com/fitvalar/3615.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.